Kateqoriyasız

Ronaldinyo avtomobil qəzasına düşdü

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo avtomobil qəzasına düşüb.

İdmanxeber.com-un məlumatına görə, 35 yaşlı futbolçu sükana nəzarəti itirib və maşın yoldan çıxaraq aşıb.

Ronaldinyo qəzadan xəsarət almadan xilas ola bilib.

Qeyd edək ki, “Fluminense” ilə yollarını ayıran brazilyalı futbolçu hazırda klubsuzdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43