Dünya futbolu

Ronaldinyo futboldan bezib?

Braziliyanın ulduz futbolçularından olan Ronaldinyo peşəsini dəyişmək barədə düşünür.

İdmanxeber.com-un məlumatına görə, hazırda “Atletiko Mineyro”da çıxış edən futbolçu son oyunlarda ümidləri doğrultmur. 

“Football İtalia”ya nəşrinə açıqlama verən yarımmüdafiəçi karyerasını bitirdikdən sonra musiqiylə məşğul olmaq istədiyini bildirib.

“İndiki məqamda ən yüksək səviyyədə oynamaq istəyirəm. Bilirsiz ki, ehtiyat skamya mənim yerim deyil. Amma futbolla vidalaşandan sonra məşğuliyyətim musiqi olacaq”.

Qeyd edək ki, Roninin 34 yaşı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43