Kateqoriyasız

Ronaldinyo karyerasını İngiltərədə davam etdirə bilər

“Barselona”nın sabiq hücumçusu Ronaldinyo hazırda klubsuzdu.

İdmanxeber.com-un məlumatına görə, ona bir sıra təkliflər olunub.

Hələlik istirahət etməyi seçən braziliyalı bir neçə gün öncə futbola qayıtmaq istədiyini deyib. Belə olduğu halda, təkliflərə nəzər salan Ronaldinyo karyerasını İngiltərədə davam etdirə bilər. Belə ki, ulduz futbolçuya Premyer Liqa klublarından bir sıra təkliflər var.

Bunu futbolçunun qardaşı Roberto “The Times” nəşrinə verdiyi açıqlamasında deyib. Əlavə olaraq o, qeyd edib ki, Ronaldinyonun özü MLS-də oynamaq arzusundadı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43