Dünyadan

Ronaldinyo transferində “Beşiktaş”a bəd xəbər

“Beşiktaş”ın braziliyalı ulduz Ronaldinyonu transfer etməsi deyəsən mümkünsüz olacaq.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, “Beşiktaş” rəhbərliyi Ronaldinyonun meneceri Roberto Asis ilə axşam toplantısında da ortaq məxrəcə gələ bilməyib. İkinci sponsoru tapa bilməyən “qara qartal” ulduz futbolçuya 4.5 milyon avro pul ödəyə biləcəyini açıqlayıb. Ronaldinyonun meneceri isə bu durumda onlardan istədiyi 8.5 milyon avroluq tələbi 6.5 milyon avroya qədər endirib. 

Roberto Asis bu rəqəmdən aşağı düşməcəklərini qətiyyətlə bildirib. Braziliya klublarının da 4.5 milyon civarındakı pulu Ronaldinyoya verə biləcəyini bildirən Roberto “Beşiktaş” rəhbərliyinin israrla onları istədikləri rəqəmə razı salmağa çalışacaqları halda, danışıqları donduracaqlarını bildirib.

Qeyd edək ki, Ronaldinyo “Beşiktaş”dan illik 6.5 milyon avro tələb edir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43