Əfsanəvi futbolçu Ronaldinyonun Bakı səfəri davam edir.
İdmanxeber.com-un məlumatına görə, ulduz futbolçunun Bakı Olimpiya Stadionunda (BOS) mətbuat konfransı təşkil ediləcək. Media nümayəndələri ilə görüş saat 16:00-da başlayacaq.
Ronaldinyo “Qəbələ” klubunun prezidenti Tale Heydərovun dəvəti ilə Bakıya gəlib. Dünya ulduzunun ölkəmizə gəlişinin səbəbi isə “Ronaldinyo Akademiyası”nın açılışının müzakirəsidir. Akademiya “Qəbələ” klubunun dəstəyi ilə Bakıda açılacaq.