Dünya futbolu

Ronaldo 3-cü yer uğrunda görüşdə iştirak etməyəcək

Portuqaliya millisinin üzvü Ronaldo Konfederasiyalar Kubokundan əvvəl uşaqlarının dünyaya gəldiyini təsdiq edib.

İdmanxeber.com-un məlumatına görə, bu səbəbdən də o, yarımfinal oyunundan dərhal sonra millinin düşərgəsini tərk edib və 3-cü yer uğrunda oyunda meydana çıxmayacaq.

Futbolçu ölkə federasiyasından bununla bağlı xahış edib. Federasiya da onun vəziyyətini anlaşma ilə qarşılayaraq ulduz futbolçuya izn verib. Xatırladaq ki, Ronaldonun əkiz uşaqları Konfederasiyalar Kubokundan əvvəl surroqat ana tərəfindən dünyaya gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43