Dünya futbolu

Ronaldo 400-cü qolunu vurdu

Madrid “Real”ının ulduz futbolçusu Kriştiano Ronaldo La Liqanın 37-ci turunda “Sevilya” ilə oyunda (4:1) yubiley qola imza atıb.

Oyunda dubla imza atan portuqaliyalı futbolçu Madrid klubunda 391-ci matçında  400-cü qolunu vurub.

Ronaldo 281 qol La Liqada, 22 qol İspaniya kubokunda, 88 qol Çempionlar Liqasında, 9 qol isə digər turnirlərdə vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43