Dünya futbolu

Ronaldo: “Bəlkə də Messi üçün darıxıram”

“Yuventus”un superulduzu Kristiano Ronaldo İtaliya mətbuatına açıqlama edib. Portuqaliyalı futbolçu “Real”dakı vaxtlarından Messiyə qədər bir çox məsələyə münasibət bildirib.

“Madriddə də kifayət qədər dostlarım var idi. Ancaq buradakı oyunçu qrupu işlədiyim ən yaxşısıdır. “Real”da kifayət qədər uğurlar qazanmışam. İndi buradayam. Həmin uğurları təkrarlamaq zamanıdır.

Messinin məmin üçün darıxdığını deyə bilmərəm. Bəlkə də mən Messi üçün darıxıram. Mən İngiltərə, İtaliya, İspaniya və Portuqaliyada oynamışam. Həyat mənim üçün mübarizədir. Mən bu cür yaşamağı sevirəm. Messinin də İtaliyaya gəlməsini çox istəyərdim. Ancaq orada xoşbəxtdirsə, buna hörmətlə yanaşıram”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43