Kateqoriyasız

Ronaldo Bakıya gələcəkmi?

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2022-nin millimizlə oyununu buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu İrlandiya ilə görüşdə sarı kart limitini doldurduğu üçün Bakıdakı qarşılaşmanı buraxmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Azərbaycan – Portuqaliya matçı sentyabrın 7-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43