Dünya futbolu

“Ronaldo “Barselona”da oynasaydı…”

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldonun  meneceri Xorxe Mendeş maraqlı açıqlamalar verib. “A Bola TV”yə açıqlama verən menecer Ronaldo haqda bunları deyib.

“Sportinq”də oynayan zaman onunla İngiltərə, İspaniya və İtaliya klubları maraqlanırdı. Lakin hamı onun daha bir il “Sportinq”də qalmasını istəyirdi. Onu dərhal istəyən yeganə adam Aleks Ferqyusson oldu. Biz mehmanxanada görüşdük və Ser Ronaldonun mövsümdə ən az 50 % oyunlarda meydana çıxacağını söylədi. Bizə də bu lazım idi. 6 il ərzində Ronaldo “Mançester Yunayted”i öz çiyinlərində daşıdı. Məhz İngiltərədə Ronaldo hazırki səviyyəsinə yüksəldi. Bütün bunlar ağır əməyin nəticəsidi. Əgər o, “Barselona”da oynasaydı, ildə 120 qol vurardı. Fikrimcə, yaxın 500 il ərzində belə bir futbolçu dünyaya gəlməyəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43