29 Sentyabr 2024
İdman

“Ronaldo bəxti gətirməyən yazığın biridi” – İslandiyalı futbolçu

İslandiya millisinin yarımmüdafiəçisi Kari Arnanson portuqaliyalı Kriştiano Ronaldonun onların ünvanına söylədiyi tənqidlərə münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə, o bildirib:

“O, bəxti gətirməyən yazığın biridir. Ronaldo uduzmaq istəmirdi. Bizim komandadan nə gözləyirdi ki? Fikirləşirdi ki, meydanda “Barselona” ola bilər? Biz turnirin autsayderiyik və autsayder kimi də oynayıdıq. Buna baxmayaraq, biz matçı hətta uda da bilərdik. Amma bəxtimiz gətirmədi. Biz meydanda Kriştianoya çox fikir vermirdik. Təbii ki, ona nəzarət edirdik. Amma bir futbolçuya görə bütün oyun planını dəyişmək ağılsızlıq olardı. Biz çalışdıq ki, o, daim nəzərətdə olsun, bunu da bacardıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43