Dünya futbolu

Ronaldo, Beyl və Kroos Zidana lazım olmadı

Bu gün İspaniya La Liqasının 30-cu turunda “Real” səfərdə “Leqanes”in qonağı olacaq.

Madrid klubunun baş məşqçisi Zinəddin Zidan  komandanın 3 aparıcı futbolçusunun bugünkü oyunda iştirak etməyəcəyini açıqlayıb.

Bunlar Kriştiano Ronaldo, Qaret Beyl, və Toni Kroosdur. Futbolçuların heç biri zədəli və ya cəzalı deyil. Sadəcə, Zidan onlara istirahət verməyi qərara alıb.

Qeyd edək ki, “Real” aprelin 8-də “Atletiko” ilə La Liqa matçında, aprelin 12-də isə “Bavariya” ilə Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43