19 Sentyabr 2024
Dünya futbolu

Ronaldo birinci, Messi ikinci oldu

“Əl-Nəsr”ın hücumçusu Kristiano Ronaldo 2023-cü ilin ən populyar idmançısı olub.

İdmanxeber.az xəbər verir ki, bu barədə nüfuzlu SMM şirkəti “Hooper HQ”un məlumat yayıb. Reytinqdə ikinci yeri “İnter Mayami”nin hücumçusu Lionel Messi tutub.

İlk 5-liyə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”dan olan braziliyalı futbolçu Neymar və “Los Anceles Leykrs” basketbolçusu Lebron Ceyms də daxil olub.

Xatırladaq ki, Ronaldo 2023-cü ilin bombardiri olub. Bu mövsüm forvard “Əl-Nəsr”in heyətində 24 oyun keçirib, 23 qol vurub və 11 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43