Dünyadan

Ronaldo Çin restoranında hamını təəccübləndirdi

“Real”ının ulduz futbolçusu Kristiano Ronaldo “Atletik”lə matçdan sonra (5:0) sevgilisi İrina Şeyklə birlikdə Madriddəki “Tse-Yang” adlı Çin restoranında üz tutub.

İdmanxeber.com-un məlumatına görə, getdiyi restoranlarda daha çox hesab verən Ronaldo bu dəfə bu ənənəsinə sadiq qalmayıb. Məşhur cütlük adam başı 35 avro olan menyuya üstünlük verib. Ronaldo ümumilikdə 70 avro hesab ödəyib. Bu isə yerli mətbuatda gündəm xəbəri olub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43