Dünya futbolu

Ronaldo DÇ-2018-də liderliyə yüksəldi

Macarıstanla dünən keçirilən oyunda (3:0) dubl edən Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2018-in Avropa zonası üzrə bombardirlər siyahısında liderliyə yüksəlib.

“Real”ın hücumçusu seçmə mərhələdə vurduğu qolların sayını 9-a yüksəldib. Bununla da o, Polşa millisinin futbolçusu Robert Levandovskini geridə qoyub.

Levandovski DÇ-2018-də 7 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43