28 Sentyabr 2024
Dünya futbolu

Ronaldo DÇ-2026-ya hazırlaşır

“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, 39 yaşlı futbolçu ən yüksək səviyyədə çıxışını davam etdirmək və bununla da növbəti dünya çempionatında forma geyinmək niyyətindədir. 2026-cı ildə baş tutacaq DÇ ABŞ, Kanada və Meksikada keçiriləcək.

İyunun 14-də Almaniyada start götürən Avro-2024-də Portuqaliya millisi Çexiya, Türkiyə və Gürcüstan komandaları ilə eyni qrupda mübarizə aparır.

Ronaldonun komandası Avro-2024-ün açılış matçını iyunun 18-də Çexiyaya qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43