Dünyadan

“Ronaldo dünyanın ən yaxşı futbolçusudu”

“Real” dünən “Malaqa”nı məğlub edərək ard-arda 16-cı qələbəsini qazanaraq rekord qırıb.

İdmanxeber.com-un məlumatına görə, Madrid təmsilçinin qapıçısı İlker Kasilyas 112 illik klub tarixi ərzində ilk dəfə belə bir rekorda imza atdıqları üçün xoşbəx olduqlarını bildirib. Təcrübəli qolkiper:

“Rekord qırdığımız üçün çox xoşbəxtik. Üst-üstə 16-cı qələbəmizi qazandıq. İki aydır məğlub olmuruq, bu həqiqətən inanılmazdır. Ronaldo qol vurmasada, Benzema və Beylin fərqlənməsi üçün şərait yaratdı. Mənə görə O, dünyanın ən yaxşı futboçusudu.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43