Dünyadan

Ronaldo elə bir jest etdi ki…

Kriştiano Ronaldo öz sözünü tutdu. “Real”ın yarımmüdafiəçisi ağır xəstə olan Erik Ortisin müalicəsinin xərclərini üzərinə götürdü.

İdmanxeber.com-un məlumatına görə, uşağın yaşaması üçün yeganə çıxış yolu 60 min avroluq əməliyyatın baş tutması idi. Hər şey Vilyaluenqa-de-la-Saqra şəhərinin sakinlərinin əməliyyat üçün lazımı məbləğin yığmağa çalışmasından başladı. Sakinlərdən biri sonradan onu auksionda satmaq üçün Ronaldodan imzalı formasını göndərməyi xahiş edib. Kriştiano isə formasını göndərməklə yanaşı, həmçinin uşağın ailəsinə müalicə ilə bağlı xərcləri üzərinə götürməyi təklif edib.

Bazar ertəsi Erik uğurla əməliyyat olunub. Məlumata görə, Ronaldo 30 min avrodan bir qədər çox pul xərcləyib. Kriştiano hər dəfə uşağın səhhətiylə maraqlanır və ortaq dostunun vasitəsiylə Erikin valideynləriylə əlaqə saxlayır.

Erikin anası isə feysbukda bu mesajı yerləşdirib: “İlk öncə uşağımın həyatı üçün mübarizə apardığımız bir vaxtda qayğınız və diqqətinizə görə sizə böyük təşəkkürümü bildirirəm. Ronaldo, onun dostuna, həmçinin mümkünsüzü mümkün edən gözəl adamların hamısına minnətdaram. Hamınız inanılmazsız! Hər şey çox gözəl keçdi! Bu çətin anda bizə yardım edən tibb personalına sonsuz təşəkkür edirəm! Erikin hələ də gülə bilməsinə görə çox şadam! İndi isə biz mübarizəni davam etdirməli və bərpa prosesini yaxşı keçirməliyik! Təşəkkürlər!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43