08 Sentyabr 2024
Dünyadan

Ronaldo İspaniyanı istəmir – Özünün açıqlaması

Madrid “Real”ının ulduz futbolçusu Kriştiano Ronaldo Braziliyada keçiriləcək dünya çempionatında favoritlərini açıqlayıb.

Portuqaliya millisi ilə İsveçi pley-off-da məğlub edərək mundiala vəsiqə qazanan Ronaldo püşkatma öncəsi bunları deyib:

“Braziliya, İspaniya və Almaniya DÇ-2014-ün favoritləridi. Onlarla qarşılaşmaq istəməzdim. Ancaq hər şeyi püşk müəyyənləşdirəcək. Biz də yaxşı vəziyyətdəyik. Mundiala vəsiqə qazanmaqla ilk vəzifənin öhdəsindən gəldik və inanıram ki, turnirdə özümüzü yaxşı tərəfdən göstərə biləcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43