Kateqoriyasız

Ronaldo klub almağa hazırlaşır

O, La Liqada çıxış edən klublardan birini alır.

İspaniya mətbuatının verdiyi xəbərlərə görə, brazilyalı əfsanəvi oyunçu Luis Nazariyo Ronaldo “Valyadolid” klubunu satın almağa hazırlaşır. Bunun üçün 30 milyon avrosundan keçməyə hazır olan Ronaldo istəyini həyata keçirtdiyi təqdirdə kluba prezidentliyi də özü edəcək. Xəbərdə Ronaldonun komandanı satın alaraq, klubun borclarını da bağlayacağı qeyd edilib. 

Qeyd edək ki, “Valyadolid” klubunun hazırda 25 milyon avro borcu olduğu bildirilir.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43