“Real”ın forvardı Kriştiano Ronaldo dünən “Betis”lə qarşılaşmada fərqlənə bilib (2:1).
İdmanxeber.com-un məlumatına görə, bu, portuqaliyalının Avropanın top-5 çempionatlarında 366-cı qoludur. Bu göstəriciyə görə o, lider olan Cimmi Qrivzə çatıb və Herd Mülleri (365) qabaqlayıb. O, daha bir dəfə fərqlənəcəyi təqdirdə, ilk pillənin vahid lideri olacaq.
Xatırladaq ki, Ronaldo qollarının bir hissəsini “Mançester Yunayted”də çıxış etdiyi vaxtda vurub.