Dünya futbolu

Ronaldo Messi ilə rəqabətindən danışdı

Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo dünyanın ən yaxşı oyunçuları ilə rəqabət aparmağından danışıb.

İdmanxeber.com-un məlumatına görə, o bu rəqabətdə daim çalışmaq lazım gəldiyini  deyib.

“Məni motivasiya edən bir neçə oyunçu var. Onlar nəyə qadir olduqlarını göstərmək üçün əllərindən gələni edirlər. Bu yarışda axmaqlıq etmək olmaz, əks halda rəqiblərin səni geridə qoyarlar. Neymar, Messi, Levandovski, İquain kimi top-futbolçularla böyük rəqabətimiz var. Bu, heç də müharibə deyil. Bu, sadəcə idmançılar arasında gedən sağlam rəqabətdir. Hamımız ən yaxşı olmaq üçün çalışırıq. Məni motivasiya edən əsas amil də məhz budur”, – deyə Ronaldo bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43