Dünya futbolu

Ronaldo Messinin komandasına qarşı oyunu buraxa bilər

“Əl-Nəsr” “İnter Mayami” ilə yoldaşlıq oyunu öncəsi klubun açıq məşqindən video yayımlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Kristiano Ronaldo komandanın hazırlığında iştirak etməyib.  Daha əvvəl “Əl-Nəsr”in baş məşqçisi Luis Kastro Ronaldonun ABŞ klubu ilə yoldaşlıq görüşünü buraxacağını bildirmişdi.

“Əl Nəsr” Ər-Riyad Mövsüm Kubokunda “İnter Mayami” ilə qarşılaşacaq. Qarşılaşma fevralın 1-də “Krallıq Arena” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43