29 Sentyabr 2024
Dünyadan

Ronaldo: “Messinin sol ayağına sahib olmaq istərdim”

“Mən də ötən ili yaxşı keçirdim. Ancaq Messi daha şanslı idi. Çünki o, ötən il mənimlə müqayisədə daha çox kubok qazanıb.  “Qızıl top” mükafatına 8-ci dəfə namizəd oluram. Deməli, burada olmağım təsadüfi deyil”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Madrid “Real”ının futbolçusu Kriştiano Ronaldo Lionel Messinin ardıcıl 5-ci dəfə “Qızıl top” mükafatını qazanmasına münasibət bildirərkən deyib.

“Messinin hansı özəlliyinə sahib olmaq istərdin” sualını Ronaldo belə cavablandırıb: “Messinin çox yaxşı sol ayağı var. Onun sol ayağına sahib olmaq istərdim”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43