Dünyadan

Ronaldo Nike ilə razılığa gəlib

“Real Madrid”in ulduz futbolçusu Kriştiano Ronaldo komandası ilə rekord qiymətə razılaşma yenilədikdən bir neçə gün sonra Nike ilə danışıqlara başlayıb. Marka ilə həyat boyu razılaşma əldə edən portuqaliyalı, 1 milyard funt qarşılığında Nike-la ortaq layihələrdə iştirak edəcək.

Forbes nəşrinə görə 71 milyon funt gəlir ilə 2016-cı ilin ən çox qazanan idmançısı ünvanını daşıyan Ronaldo, keçdiyimiz günlərdə komandası ilə 5 illik müqaviləyə imza atmış və yeni qazancı rekord olaraq dəyərləndirilmişdi.

Həftədə 500 min funt qazanacağı deyilən 31 yaşındakı futbolçu indi də Nike ilə razılaşdığına dair məlumat yayıb.

Nike şirkətinin sözçüsü mövzu ilə əlaqədar, “Ronaldo həm klubu həm də ölkəsi ilə birlikdə möcüzəvi ili geridə qoydu. Futbolun ən əhəmiyyətli əfsanələrindən olduğu mövzusunda hər kəs həmfikirdir. Nike ilə Ronaldonun ortaqlığı uzun müddətli olacaq”, – deyə danışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43