“Real”ın hücumçusu Kriştianu Ronaldo “Pestana CR7” brendi ilə növbəti otelini açıb.
İdmanxeber.com xəbər verir ki, ulduz futbolçu Lissabonda 4 ulduzlu otelin açılışında iştirak edib.
“Həyat sadəcə futboldan ibarət deyil. Futbol mənim ehtirasımdır. Amma gələcək barədə düşünmək də lazımdır. Mənim futbol karyeram Lissabonda başlayıb. Burda 7 il keçirmişəm. Bu şəhərdə otel açmaq imkanını əldən verə bilməzdim” – Ronaldo qeyd edib.
Daha öncə portuqalyalı hücumçu dünyaya gəldiyi Funşal şəhərində də otel açdırmışdı.