Dünya futbolu

Ronaldo olmayıb, tribunalar boş qalıb

Azarkeşlər “Real”dan küsüb.

“Real” klubu İspaniya çempionatının ilk turunda doğma meydanda “Getafe”ni 2:0 hesabı ilə məğlub edib. 81 min tutumlu “Santiyaqo Bernebau” stadionunda keçirilən qarşılaşmanı 48 min azarkeş izləyib. Azarkeş sayının bu qədər az olduğu sonunca dəfə  Kristiano Ronaldo komandaya gəlməmişdən öncə 2009-cu ildə qeydə alınmışdı. Portuqaliyalı komandadan ayrıldıqdan sonra “Real” tribunasında azarkeş sayının yenidən azaldığı müşahidə edilib. İspaniya mətbuatı isə  Ronaldonun komandadan getdikdən sonra, azarkeşlərin klubdan küsdüyünü bildirib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43