Dünyadan

Ronaldo rəsmən açıqladı: “Real”da qalır, yoxsa gedir?

Kriştiano Ronaldo müqaviləsinin sonuna kimi “Real”da qalacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə ulduz futbolçu özü deyib.

Portuqaliyalı forvard ötən mövsümün bombardiri olaraq “Pichichi” mükafatını qazandı. O, tədbirdə bunları dilə gətirib:

“Altı mövsümdür ki, “Real”da çıxış edirəm və altı il əvvəl “Mançester Yunayted”də çıxış etmişəm. Premyer Liqada çox gözəl təcrübə qazanmışam və yaxşı günlər keçirmişəm. Ancaq La Liqa dünyanın ən yaxşı liqasıdır. Müqaviləm 2018-ci ildə bitəcək və müqaviləmin sonuna qədər “Real”dan ayrılmaq fikrim yoxdur. Daha sonra isə nələrin baş verəcəyini birlikdə görəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43