"Real"ın ulduz futbolçusu Kristiano Ronaldo Avropada ilin futbolçusunun mükafatlandırma mərasiminə qatılmayacaq.
"AS" nəşrinin yaydığı xəbərə görə, Ronaldo Monakoda keçiriləçək tədbirə getməkdənsə, La Korunya şəhərinə getməyi üstün tutub.
Həmin şəhərdə Gerrero kuboku uğrunda keçiriləcək maçtda "Real" – "Deportivo"nun qonağı olacaq.
Xatırladaq ki, Ronaldodan başqa Avropanın ən yaxşı oyunçusu mükafatına Lionel Messi və Frank Riberi namizəddir.