Dünya futbolu

Ronaldo: “Verratti “Barselona”da oynamağa layiqdi”

Braziliya millisinin sabiq hücumçusu Ronaldo İtaliya yığmasının və PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin “Barselona”ya keçidinə münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə, “yekədiş” italiyalı futbolçunun Kataloniya klubunda oynamağa layiq olduğunu söyləyib:

“Verratti “Barselona”ya keçməlidi? Mən bu suala sadə cavab verəcəm. O, sahib olduğu keyfiyyətlərlə “Barselona”da oynamağa layiqdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43