Kateqoriyasız

“Ronaldo yüzlərlə qıza tilov atıb, mənə də İnstaqramda yazdı, cavab vermədim”

Məşhur rusiyalı model Viktoriya Odintcova “Yuventus”un futbolçusu Ronaldonun ona mesaj yazdığını və bu mesajı cavabsız buraxdığını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı model portuqaliyalı hücumçunun ona bir neçə il bundan öncə “İnstaqram”da yazdığını bildirib:

“O, bir neçə il əvvəl mənim şəklimi “layk” etdi. Yazdı ki, necəsən? Mən onun mesajını sildim və cavab vermədim. Mənə elə gəlir ki, o, bütün qadınlara eyni mesajı göndərir. Kim cavab verirsə, onunla münasibət qurur.

Bu, mənim üçün maraqlı deyil. Ronaldo yüzlərlə qıza tilov atıb və yəqin ki, kimlərisə qarmağa keçirdə bilib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

AFFA Roy Kinlə danışıqlar aparıldığını təsdiqlədi

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Hər şey “Neftçi” rəhbərliyinin öz əlində idi” – Qurban Qurbanov

admin