Dünya futbolu

Ronaldodan antirekord

“Real”ın futbolçusu Kriştiano Ronaldo antirekorda imza atıb.

Portuqaliyalı hücumçu La Liqanın 35-ci turunda “Valensiya”ya qarşı matçın (2:1) 57-ci dəqiqəsində penaltini düzgün yerinə yetirə bilməyib. Bununla da onun ölkə çempionatında qaçırdığı penaltilərin sayı 10-a çatıb.

Bu nəticə ilə Ronaldo klub tarixində La Liqada ən çox penalti düzgün yerinə yetirə bilməyən futbolçu olub.

Qeyd edək ki, bundan əvvəlki antirekord Hüqo Sançesə məxsus idi. O, 1985-1992-ci illərdə 9 penaltini düzgün yerinə yetirməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43