Dünyadan

Ronaldodan Messini qısqandıracaq tarix

Son Avropa çempionu Portuqaliya millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Andorra üzərində 6:0-lıq qələbəyə sevindi.

İdmanxeber.com-un məlumatına görə, bu matçda portuqalların ulduz futbolçusu Ronaldo vurduğu 2 qolla dünya çempionatları tarixində yeni səhifə açdı. Belə ki, hücumçu qarşılaşmanın ilk 4 dəqiqəsində dubl etməklə DÇ-da yeni tarix yazdı. 190 saniyə ərzində 2 qol vuran Portuqaliya millisi DÇ-da ən tez qeydə qalınan qollarla bir ilkə imza atmış oldu.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43