Dünya futbolu

Ronaldodan möhtəşəm rekord

Madrid “Real”ının futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.

İdmanxeber.com-un məlumatına görə, 32 yaşlı futbolçu buna Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya” ilə keçirilən ilk oyunda nail olub.

Portuqaliyalı futbolçu qarşılaşmada dubl edərək avrokuboklardakı qol sayını 100-ə çatdırıb. Ronaldo bunu bacaran ilk futbolçu olub.

98 dəfə ÇL-də qol vuran ulduz futbolçu 2 dəfə UEFA superkubokunda fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43