Dünya futbolu

Ronaldodan Zidana hörmətsizlik

Madridin “Real” klubunun futbolçusu Kristiano Ronaldo komandanın baş məşqçisi Zinəddin Zidanı təhqir edib.

İdmanxeber.com-un məlumatına görə, bu, La Liqanın XXVII turunda “Atletik”lə səfər oyununda baş verib. Belə ki, fransalı baş məşqçi ikinci hissədə zəif çıxış edən Ronaldonu oyunun 79-cu dəqiqəsində İsko ilə əvəzləyib.

Portuqaliyalı futbolçu buna etiraz olaraq Zidanı təhqir edib. Onun məşqçinin ünvanına söyüşlər söydüyü iddia edilir.

Qeyd edək ki, ötən mövsüm də bu hərəkəti ilə gündəmə gəlmişdi. O, “Las Palmas”la oyunda əvəzləndiyinə görə mütəxəssisə etirazını etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43