Dünya futbolu

Ronaldonun gəliri 10 İtaliya klubunu geridə qoydu

Bu mövsüm “Real”dan “Yuventus”a keçən portuqaliyalı ulduz oyunçu Kristiano Ronaldo illik maaşı ilə 10 İtaliya klubunun oyunçularının aldığı pulu alır.

İdmanxeber.az-ın məlumatına görə, Kristiano Ronaldo “Atalanta”, “Kalyari”, “Kyevo”, “Empoli”, “Frozinone”, “Cenoa”, “Parma”, “Sassuolo”, SPAL və “Udineze”nin bir ildə futbolçularına ödədiyi maaşdan daha çox qazanc əldə edəcək. Portuqaliyalı futbolçudan sonra çempionatda ən çox məvacib alan futbolçu 9,5 milyon avro ilə “Milan”ın hücumçusu Qonsalo İquaindir.

Qeyd edək ki, portuqaliyalı futbolçu yay transfer dönəmində “Real”dan “Yuventus”a 100 milyon avroya keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Roma” “Milan”ı darmadağın etdi – VİDEO

admin

“Arsenal”dan inamlı qələbə – VİDEO

admin

“Sevilya” “Qarabağ”ı qələbə ilə gözləyir

admin