29 Sentyabr 2024
Dünya futbolu

Ronaldonun komanda yoldaşları Avropaya gəlir

“Əl-Nəsr”in müdafiəçisi Aymerik Laport və yarımmüdafiəçi Seko Fofana komandanı tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Kriştiano Ronaldonun hər iki komanda yoldaşı Avropa klublarından birinə keçir. Oyunçuları Premyer Liqa, La Liqa və A Seriya klubları izləyir.

29 yaşlı Laport bu mövsüm “Əl-Nəsir”in heyətində 21 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2023-cü ilin yayında “Mançester Siti”dən kluba qoşulub və 30 iyun 2026-cı ilə qədər müqavilə imzalayıb.

28 yaşlı Fofana da ötən yaydan etibarən Səudiyyə Ərəbistanı klubunda çıxış edir O, komandanın heyətində 19 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43