Dünya futbolu

Ronaldonun suya atdığı mikrofon hərracda – FOTO

Bir müddət öncə Portuqaliya millisinin üzvü Kristiano Ronaldonun suya tulladığı mikrofon dalğıclar tərəfindən tapılıb.

İdmanxeber.com-un məlumatına görə, “CM TV” jurnalistinin verdiyi qıcıqlandırıcı sual səbəbiylə bu hərəkəti edən ulduz futbolçunun kanalla münaqişəsi uzun müddətdir davam edir.

Onun suya atdığı mikrofonun isə hərraca çıxarılacağı iddia edilir. Mikrofondan əldə ediləcək gəlir xeyriyyə məqsədiylə istifadə olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43