Dünyadan

Rosberq ilk çempionluğuna yaxınlaşır

Formula 1-də mövsümün 20-ci yarışı olan Braziliya Qran Prisində sıralama turları sabah, yarış isə 13 noyabr – bazar günü leçiriləcək. Mersedesin alman sürücüsü Rosberq yarışı qazanacağı təqdirdə çempionluğunu elan edəcək.

İdmanxeber.com-un məlumatına görə, Sao Pauloda 71 tur baş tutacaq Braziliya Grand Prisinin sıralama turları sabah Bakı vaxtı ilə 20.00-da, yarış isə 13 noyabr eyni saatda başlayacaq. Meksikadakı son yarışı ikinci sırada tamamlayan Mersedesin alman sürücüsü Niko Rosberq pilotlar reytinqində komanda yoldaşı Böyük Britaniyalı Levis Hamiltonun 19 xal önündə yer alır. Rosberq yarışı qazanması vəziyyətində çempionluğunu elan edəcək. Hamiltonun yarışdan xarici edilməsi halında Rosberqə çempionluq üçün ilk 6-ya girməsi bəs edəcək.

Karyerasının ilk çempionluğunu hədəfləyən Rosberq, bu mövsüm Avstraliya, Bəhreyn, Çin, Rusiya, Azərbaycan, Belçika, İtaliya, Sinqapur və Yaponiyadakı yarışlardan zəfərlə ayrılıb.

Son 2 ilin çempionu Hamilton isə bu mövsüm Monako, Kanada, Avstriya, Böyük Britaniya, Macarıstan, Almaniya, ABŞ və Meksikadakı mərhələləri ilk sırada tamamlaya bilib.

Yekuna 2 yarış qalmış Formula 1 Dünya Çempionatında sürücülər və komandalar sıralaması bu şəkildədir:


Pilotlar sıralaması:

1. Niko Rosberq (Almaniya): 349 bal

2. Levis Hamilton (Böyük Britaniya): 330
3. Daniel Rikkiardo (Avstraliya): 239
4. Sebastian Vettel (Almaniya): 192

5. Kimi Raikonen (Finlandiya): 178

Komandalar sıralaması:

1. Mersedes: 679
2. Red Bull: 422
3. Ferrari: 370
4. Fors India: 145
5. Uilyams: 136


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43