İdman

“Rostov” azərbaycanlı futbolçunu transfer etdi

“Rostov” “Spartak”ın azərbaycanlı futbolçusu Ayaz Quliyevi birdəfəlik alıb.

İdmanxeber.com-un klubun saytına istinadənn yaydığı xəbərə görə, 21 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlanıb. Bu keçid üçün Moskva təmsilçisinə 500 min avro ödənilib.

Qeyd edək ki, Rusiyanın gənclərdən ibarət millisinin üzvü mövsümün ilk yarısını icarə əsasında “Anji”də, qış fasiləsində sonra isə “Rostov”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43