İdman

“Rostov”un futbolçusu millimizə çağırıldı

Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsinə daha bir futbolçu dəvət olunub.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Rusiyanın “Rostov” klubunda çıxış edən Elvin Talıbov komandaya qoşulub.

Qeyd edək ki, U-19 yığmamız iyulun 5-dən etibarən Bakıda təlim-məşq toplanışı keçirir. Hazırlıq prosesi iyulun 27-dək davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43