19 Oktyabr 2019
Kateqoriyasız

Rövnəq Abdullayev FİFA prezidenti ilə görüşdü

Bu gün İsveçrənin Sürix şəhərində, FIFA-nın mənzil-qərargahında AFFA-nın prezidenti Rövnəq Abdullayev və FIFA-nın prezidenti Canni İnfantino arasında görüş keçirilib.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə FIFA rəhbərliyinə ətraflı məlumat verilib, AFFA və FIFA arasında mövcud olan səmərəli əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.

Oxşar xəbərlər

Avropa Oyunlarında bu gün yarışacaq idmançılarımız

admin

“Fənərbağça” Soldadonu göndərdi

admin

“Səbail” – “Universitatya” – start heyətlər

admin