Ölkə futbolu

Rövnəq Abdullayev Gəncəyə gedir – Bu iki səbəbə görə – ÖZƏL

AFFA-nın prezidenti Rövnəq Abdullayev bir neçə günə Gəncəyə səfər edəcək.

İdmanxeber.az-a daxil olan məlumata görə, qurum başçısı sözügedən şəhərdə istifadəyə veriləcək futbol akademiyasının açılışında iştirak edəcək. O, həmçinin Gəncədə yerli iş adamları ilə də görüş keçirəcək. 

“Kəpəz” elitanın yeganə sponsorsuz komandasıdı. Abdullayev də klubun sponsor probleminin həlli üçün bu addımı atmağı düşünür. Beləliklə, Gəncə təmsilçisinin həm akademiya, həm də sponsor məsələsi bu ay içində həllini tapmış olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43