Kateqoriyasız

Rövnəq Abdullayev Nihat Özdemirlə görüşdü

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir arasında görüş keçirilib.

Görüşdə AFFA və TFF arasında qarşılıqlı əməşdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb.

R.Abdullayev Avro-2020 çərçivəsində keçirəcəyi oyunlarda Türkiyə milli komandasına uğurlar arzulayıb.
N.Özdemir xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, TFF-nin baş katibi Kadir Kardaş və digər rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, bu gün Türkiyə millisi Avro-2020-nin qrup mərhələsinin 2-ci turuna Bakıda Uels yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43