Kateqoriyasız

Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçildi

AFFA-da prezidenti seçkisi keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Rövnəq Abdullayev növbəti dəfə prezident seçilib. Seçki AFFA-nın XXVIII növbəti konfransı çərçivəsində təşkil olunub. Yeganə namizəd olan R.Abdullayev bu vəzifəyə yekdilliklə layiq görülüb.

Qeyd edək ki, Rövnəq Abdullayev AFFA-ya 2008-ci ildən rəhbərlik edir. O, 2012 və 2016-cı illərdə də bu vəzifəyə seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43