Ölkə futbolu

Rövnəq Abdullayev: “60 min dollar verilməsi haqqında yazılanlar yalan söhbətdir”

“Milli komanda İsraildə çox yaxşı çıxış etdi. Ancaq onu deyim ki, futbolçular pula görə yox, vətənə, xalqa görə oynadılar. Buna görə də oyunçularına 60 min dollar verilməsi haqqında yazılanlar yalan söhbətdir”.

Bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

R.Abdullayev “DÇ-2014″ün seçmə mərhələsi çərçivəsində İsraillə heç-heçədən sonra (1:1) millimizin futbolçularının hər birinə 60 min dollar mükafat verilməsi ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib:

“Təbii ki, millimiz İsraildə qələbə də qazana bilərdi. Lakin şanslardan yararlana bilmədilər və səfərdən 1 xalla qayıtdılar. Bununla belə, heç-heçəyə görə onlara pul mükafatı verəcəyimiz doğru məlumatdır. Ancaq mükafat olaraq hər bir futbolçuya 60 min dolların veriləcəyi yalandır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43