İdman

Rövnəq Abdullayev: “Arxı keçməmiş hop etməzlər”

AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan – Belarus matçı sonrası oyunu dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, jurnalistlərə açıqlama verən qurum rəhbəri görüşün normal keçdiyini bildirib: “Bu Qurban Qurbanovun komandasının sınağı idi. Heyətdə yeni futbolçular çoxluq təşkil edirdi. Baxmayaraq ki, rəsmi matç deyildi. Ancaq kim istəyər ki, uduzsun? Millətlər Liqasında Ermənistan yığması ilə qarşılaşsaq necə olacaq? Bu suala cavab vermək tezdi. Hələ bir o mərhələyə çataq, danışrıq. “Arxı keçməmiş hop etməzlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43