Ölkə futbolu

Rövnəq Abdullayev: “Hakimlərimizə ciddi nəzarət var”

Peşəkar Futbol Liqasına keçirilən prezident seçkilərindən sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb: 

İdmanxeber.com həmin müsahibəni təqdim edir:


 “Son 4 ilə baxış oldu. Çətin də olsa, çempionat yüksək səviyyədə keçirilib. Ən əsası da, hakimlik yüksək səviyyədə olub.  Bu gün PFL-ə lazımi tövsiyyələrimi verdim. May ayında 8 klubumuzun iştirakı ilə Qəbələdə elitar turnir təşkil edəcəyik. Bilirsiniz ki, I Divizionu gücləndirmək niyyətindəyik. AFFA-nın icraiyyə komitəsinin qərarı oldu ki, ən azından 4 klub lisenziyanın tələblərinə cavab versin. Düşünürəm ki, gələn mövsümdən 10 komanda Premyer Liqada iştirak edəcək”.
 
– Ramin Musayev 3-cü dəfə PFL prezidenti seçildi. Gözləyirdinizmi ki, başqa namizədlər də olsun?
– Gözləyirdim. Ancaq PFL prezidentinin postu tez-tez söyülür. Ona görə heç kim namizədliyini irəli sürmədi. Əsas odur ki, tariximizdə ilk dəfə klublarımız birinci mərhələdə belə nəticə göstərdi. Buna sevinməyə bilmərik. Ümid edirəm ki, komandalarımız bu zəfər yürüşünü yenə də davam etdirsin.
 
– Bu yay və ötən qış hakimlərimiz ölkə xaricinə çıxmadı. Bu, nə ilə əlaqədardı?
– Hazırda bu yöndə işlər gedir və ədalət təmsilçilərimiz Bolqarıstana getməyə hazırlaşır. Antalyaya getməmələrinin səbəbi Antalyaya klubların gəlməməsi idi.
 
– Ötən mövsüm xeyli biabırçı hakim səhvləri oldu. AFFA prezidentliyinə də seçki oldu, PFLprezidentliyinə də. Bəs, Hakimlər Komitəsinə nə vaxt seçki olacaq?
– Avropa Çempionatında da səhvlər olur. İndi Xaqani Məmmədovu öldürək? Hakimlərimizə ciddi nəzarət var. Ancaq bir məqam var və ona diqqətinizi yönəltmək istəyirəm. Qanunvericilikdə mərc oyunları ilə bağlı boşluq var. Bununla əlaqədar hökumətimizə müraciət etmişəm. Təmiz futbol oynanılması üçün bu, ciddi nəzarətə götürülməlidi.
 
– 2005-2015-ci illər üçün dövlət proqramı hazırlanmışdı. Ancaq növbəti proqram hələ də təsdiqini tapmayıb.

– Yaxın zamanlarda 2020-ci ilə qədər dövlət proqramının qəbul olunması gözlənilir.


istinad: sportal.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43