Milli komanda

Rövnəq Abdullayev milli komanda ilə görüşdü

“Avro-2016”nın seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Xorvatiya oyunu ərəfəsində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

İdmanxeber.com-un  AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, R.Abdullayev millimizə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

AFFA-nın baş katibi Elxan Məmmədov da görüşdə iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43