Premyer Liqa

Rövnəq Abdullayev son nöqtəni qoydu:Yeni mövsümdə Premyer Liqada neçə komanda mübarizə aparacaq?

“Növbəti mövsümdə Azərbaycan çempionatında 10 komanda çıxış edəcək”. 

İdmanxeber.com-un məlumatına görə, busözləri apasport.az saytına açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Qurum başçısı Azərbaycan çempionatının 2014/15 mövsümü ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirib. O bildirib ki, yeni mövsümdə Topaz Premyer Liqasında çıxış edəcək klubların sayında dəyişiklik olmayacaq: “Biz çalışdıq ki, klubların sayını 12-yə qədər artıraq. Lakin lisenziyalaşmanın tələblərinə cavab verən komanda yığa bilmədik. Bunun üçün də klubların sayı artırılmayacaq. Həm də 10 komanda ilə çempionat daha maraqlı, daha keyfiyyətli olacaq. Topaz Premyer Liqasını tərk edən “Rəvan” isə növbəti mövsümə I divizionda çıxış edəcək”.

Qeyd edək ki, Premyer Liqanı tərk edən “Rəvan”ı “Araz-Naxçıvan” əvəzləyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43